logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Fəridə İbadovadan, Şirvan, Azərbaycan

Text size icon-size icon-size

02 may 2024, 11:03

Hörmətli cənab Prezident!

Mən Azərbaycan vətəndaşı, Şirvan şəhər sakini kimi, Sizin yürütdüyünüz siyasəti alqışlayır və dəstəkləyirəm.

Siz ölkəmizə rəhbərliyiniz müddətində məqsədyönlü işlər görərək, uğurlu strategiya quraraq 30 illik əsarət altında qalan torpaqlarımızı 44 gün ərzində xilas etdiniz. Sizin və Ordumuzun sayəsində torpaqlarımız artıq azad nəfəs alır. Bir çox həmvətənlərimiz öz yurd-yuvalarına qayıtmışdır.

Şirvanlılar adından Sizə və Ordumuza minnətdarlıq bildirirəm. Hər şey üçün çox sağ olun!

Hörmətlə,

Fəridə İbadova

Azərbaycan Respublikası, Şirvan şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi