Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
01 may 2024, 14:24
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250 (Cild I); Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1080-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 316-cı maddə üzrə:
1.1.1. birinci cümlədə “kreditor mülkiyyətçiyə çevrilir” sözləri “ipotekaya xitam verilir” sözləri ilə əvəz edilsin;
1.1.2. ikinci cümləyə “daşınmaz” sözündən əvvəl “ipotekaya xitam vermə” sözləri əlavə edilsin;
1.2. aşağıdakı məzmunda 472.4-cü maddə əlavə edilsin:
“472.4. Zaminlik müqaviləsi ilə təmin edilmiş öhdəlik üzrə zaminin subsidiar məsuliyyəti nəzərdə tutulduğu halda, zaminin məsuliyyəti borclunun öldüyü gündən mirasın qəbul edildiyi günədək müddətdə dayandırılır.”.
Maddə 2. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 461 (Cild I) aşağıdakı məzmunda 48.1.2-1-ci maddə əlavə edilsin:
“48.1.2-1. ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 aprel 2024-cü il