“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
29 aprel 2024, 12:02
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 15-ci, 16-cı və 20-ci bəndlərini rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213 (Cild I) 48-ci maddəsinin 5-ci hissəsinin birinci abzasının birinci cümləsində “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin.
Maddə 2. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 551.2.2-сi maddədə “ərzaq məhsulları, qida və içki” sözləri “qida məhsulları” sözləri ilə əvəz edilsin;
2.2. 609.3-cü maddənin birinci abzasında “Yeyinti” sözü “Qida” sözü ilə əvəz edilsin;
2.3. 623.1-ci maddədə “qeyri-ərzaq malının” sözləri “qeyri-qida məhsulunun” sözləri ilə əvəz edilsin;
2.4. 624.3-cü maddədə “ərzaq malları” sözləri “qida məhsulları” sözləri ilə əvəz edilsin.
Maddə 3. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 13.2.56-cı maddədən “(yeyinti)” sözü çıxarılsın;
3.2. 90.3.4-cü maddədə “ərzaq və qeyri-ərzaq” sözləri “qida və qeyri-qida” sözləri ilə əvəz edilsin;
3.3. 90.3.20.6-cı maddənin birinci cümləsində “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin;
3.4. 102.1.37-ci, 106.1.31-ci, 199.17-ci və 207.10-cu maddələrdən “(ərzaq)” sözü çıxarılsın;
3.5. 164.1.46-cı maddəyə birinci halda “yem” sözündən sonra “məhsullarının” sözü əlavə edilsin.
Maddə 4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (II kitab), maddə 585 (Cild I) 248.4-cü maddəsində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin.
Maddə 5. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 586 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
5.1. 74.5-ci maddədə, 74.6-cı maddənin birinci, ikinci və dördüncü cümlələrində, 80-ci maddənin adında, 80.1-ci, 80.4-cü, 80.5-ci maddələrdə, 82.5-ci maddənin ikinci və üçüncü cümlələrində, 105.1.7-ci maddədə, 110.1-ci maddənin birinci cümləsində, 110.2.1-ci, 113.2.2-ci, 113.3.1-ci, 113.4.2-ci, 113.5.1-ci, 115.2.2-ci, 115.3.1-ci, 117.1.2-ci, 117.2.1-ci, 121.3.1-ci, 121.4.1-ci, 121.5.1-ci, 122.1.1-ci, 122.2.1-ci, 124.2.2-ci, 124.3.1-ci, 124.4.2-ci, 124.5.1-ci maddələrdə, 126.1-ci maddənin birinci cümləsində, 141.4-cü, 151.2-ci, 151.6-cı, 176.1-ci və 176.3-cü maddələrdə “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;
5.2. 91.9-cu maddənin birinci cümləsində “Ərzaq” sözü “Qida” sözü ilə əvəz edilsin;
5.3. 144.5-ci maddədə “ərzaqla” sözü “qida ilə” sözləri ilə əvəz edilsin.
Maddə 6. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 444 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
6.1. 48.1.4-cü və 301.0.6-cı maddələrdə “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;
6.2. 237.2-ci maddədə “ərzağın” sözü “qidanın” sözü ilə əvəz edilsin.
Maddə 7. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797 (Cild I) 86.0.7-ci, 87.1.22-ci və 88.0.3-cü maddələrində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin.
Maddə 8. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 22, maddə 947; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
8.1. 28-1-ci maddənin mətnində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;
8.2. 34-cü maddənin 1-ci hissəsi üzrə:
8.2.1. 1-ci bənddə “qida məhsullarının və xammalının istehsalı, qablaşdırılması, daşınması, saxlanması və satışı” sözləri “qida zənciri” sözləri ilə əvəz edilsin;
8.2.2. 3-cü, 7–9-cu bəndlərdə “qida məhsullarının və xammalının istehsalı, daşınması, saxlanması və satışı” sözləri “qida zənciri” sözləri ilə əvəz edilsin;
8.2.3. 6-cı bənddən “və xammalı” sözləri çıxarılsın;
8.3. 39-cu maddənin birinci hissəsi üzrə:
8.3.1. dördüncü, səkkizinci və onuncu abzaslardan “və xammalı” sözləri çıxarılsın;
8.3.2. beşinci abzasda “qida məhsullarının və xammalının istehsalı, daşınması, saxlanması və satışı” sözləri “qida zənciri” sözləri ilə əvəz edilsin.
Maddə 9. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 23-24, maddə 685; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) 13-cü maddəsinin mətnində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin.
Maddə 10. “Daxili qoşunların statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 17, maddə 233; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) 29-cu maddəsinin yeddinci hissəsində “ərzaqla” sözü “qida məhsulu ilə” sözləri ilə əvəz edilsin.
Maddə 11. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 415 (Cild I) 6-cı maddəsinin ikinci hissəsinin 7-ci bəndində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin.
Maddə 12. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 138 (Cild I) 16-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:
12.1. adında “məhsulları istehsalı və istifadəsi zamanı” sözləri “məhsullarının qida zəncirinin bütün mərhələlərində” sözləri ilə əvəz edilsin;
12.2. birinci hissədə “Ərzaq, qida məhsulları, onlar üçün xammallar, içməli su, onların emalı, istehsalı, saxlanması, daşınması, satışı (paylanması) və istifadəsi zamanı” sözləri “Qida məhsulları qida zəncirinin bütün mərhələlərində” sözləri ilə əvəz edilsin;
12.3. ikinci hissədə “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin.
Maddə 13. “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 362 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
13.1. 2-ci maddə üzrə:
13.1.1. birinci hissədə “Yeyinti məhsulları” sözləri “Qida təhlükəsizliyi” sözləri ilə əvəz edilsin;
13.1.2. ikinci hissəyə “keyfiyyətinin” sözündən sonra “və təhlükəsizliyinin” sözləri əlavə edilsin;
13.2. 4-cü maddə üzrə:
13.2.1. birinci hissədə “Ərzaq” sözü “Qida” sözü ilə əvəz edilsin;
13.2.2. ikinci hissədə “istehsalı və saxlanması” sözləri “ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi” sözləri ilə, “hüquqi və fiziki şəxslər” sözləri “fiziki və ya hüquqi şəxslər, bələdiyyə, dövlət orqanları (qurumları)” sözləri ilə əvəz edilsin;
13.3. 13-cü maddə üzrə:
13.3.1. birinci hissədə “mənşəyi və keyfiyyəti barədə sənədləri olan və qida təhlükəsizliyi qeydiyyatına alınmış subyektlər tərəfindən istehsal edilmiş” sözləri “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qida zənciri obyektləri (subyektləri) təsdiq edilmiş və ya qeydiyyata alınmış, idxal olunmuş məhsullara dair idxal sağlamlıq aktı olan” sözləri ilə əvəz edilsin;
13.3.2. ikinci hissədə “Yeyinti məhsulları” sözləri “Qida təhlükəsizliyi” sözləri ilə, “11-ci” sözləri “17-ci” sözləri ilə əvəz edilsin;
13.3.3. altıncı hissədə “Yeyinti məhsulları” sözləri “Qida təhlükəsizliyi” sözləri ilə əvəz edilsin;
13.4. 17-ci maddənin birinci hissəsi üzrə:
13.4.1. yeddinci abzasda “, onların mənşəyini, keyfiyyətini,” sözləri “onların” sözü ilə, “sənədlər” sözü “sənədləri, qida zənciri obyektinin (subyektinin) qeydiyyata alınmasına və ya təsdiq olunmasına dair Qida Təhlükəsizliyi Reyestrindən çıxarışı, idxal olunmuş məhsullara dair idxal sağlamlıq aktını” sözləri ilə əvəz edilsin;
13.4.2. onuncu abzasda “balıq yemləri standartlarına uyğun olmayan yemlərdən” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmayan yem məhsullarından” sözləri ilə əvəz edilsin.
Maddə 14. “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 606 (Cild I) 11-ci maddəsinin yeddinci hissəsində “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin.
Maddə 15. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 392 (Cild I) 6-cı maddəsinin ikinci hissəsinin dördüncü abzasında “ərzaq” sözü “qida məhsulları” sözləri ilə əvəz edilsin.
Maddə 16. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 393 (Cild I) 9-cu maddəsinin birinci hissəsində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin.
Maddə 17. “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 470 (Cild I) preambulasında “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin.
Maddə 18. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 472 (Cild I) 52-ci maddəsinin 4-cü hissəsində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin.
Maddə 19. “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 3 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
19.1. preambulada “keyfiyyətinin” sözü “minimum keyfiyyətinin və təhlükəsizliyinin” sözləri ilə əvəz edilsin;
19.2. 1.0.4-cü və 10.3-cü maddələrdə “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin;
19.3. 2-ci maddə üzrə:
19.3.1. 2.1-ci maddədə “Yeyinti məhsulları” sözləri “Qida təhlükəsizliyi” sözləri ilə əvəz edilsin;
19.3.2. 2.3-cü maddədə “və keyfiyyətinə” sözləri “, keyfiyyəti və təhlükəsizliyinə” sözləri ilə əvəz edilsin;
19.4. 7-ci maddənin mətnində “Yeyinti məhsulları” sözləri “Qida təhlükəsizliyi” sözləri ilə, “5-ci” sözləri “9-cu” sözləri ilə əvəz edilsin;
19.5. 9.3-cü maddədə “Yeyinti məhsulları” sözləri “Qida təhlükəsizliyi” sözləri ilə, “11-ci” sözləri “17-ci” sözləri ilə əvəz edilsin;
19.6. 11.4-cü və 13.2-ci maddələrdə “saxlanma” sözü “yararlılıq” sözü ilə əvəz edilsin;
19.7. 12-ci maddə üzrə:
19.7.1. 12.2-ci maddədə “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin;
19.7.2. 12.7-ci maddədə “saxlanma” sözü “yararlılıq” sözü ilə əvəz edilsin;
19.8. 15-ci maddə üzrə:
19.8.1. 15.1-ci maddədə “Yeyinti məhsulları” sözləri “Qida təhlükəsizliyi” sözləri ilə, “11-ci maddəsinin” sözləri “17-ci, 18-ci maddələrinin” sözləri ilə əvəz edilsin;
19.8.2. 15.2-ci maddənin birinci abzasında “Şərabçılıq” sözü “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 17.2.1-ci maddəsi ilə müəyyən olunan məlumatlarla yanaşı, şərabçılıq” sözləri ilə əvəz edilsin;
19.9. 15-1.6-cı maddə aşağıdakı redaksiyada verilsin:
“15-1.6. Şərabçılıq məhsullarının qida zənciri obyektləri (subyektləri) “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alındıqda və ya təsdiq olunduqda və idxal olunmuş məhsullar idxal sağlamlıq aktına malik olduqda həmin məhsulların reklamına icazə verilir. Reklamda idxal olunmuş məhsulların idxal sağlamlıq aktının, qida zənciri subyektlərinin (obyektlərinin) qeydiyyatına və ya təsdiqinə dair Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın nömrəsi, verilmə tarixi, onu verən orqanın adı göstərilməlidir.”;
19.10. 20-ci maddə üzrə:
19.10.1. 20.3-cü maddə üzrə:
19.10.1.1. birinci cümlədən “müvafiq qaydada tanınmış və ya” sözləri çıxarılsın və həmin cümlədə “qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına” sözləri “idxal sağlamlıq aktına” sözləri ilə əvəz edilsin;
19.10.1.2. ikinci cümlə çıxarılsın;
19.10.2. 20.5-ci maddədə “Şərabçılıq” sözü “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə, şərabçılıq” sözləri ilə əvəz edilsin;
19.11. 21-ci maddə üzrə:
19.11.1. 21.4-cü maddənin birinci abzasından “pərakəndə” sözü çıxarılsın;
19.11.2. 21.4.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“21.4.4. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şərabçılıq məhsullarının istehsalı, emalı və dövriyyəsini həyata keçirən qida zənciri obyektləri (subyektləri) qeydiyyata alınmadıqda və ya təsdiq olunmadıqda və yaxud idxal olunan şərabçılıq məhsullarının idxal sağlamlıq aktı olmadıqda;”;
19.12. 22.2-ci maddədə “istifadə edilməsi “Yeyinti məhsulları” sözləri “utilizasiyası “Qida təhlükəsizliyi” sözləri ilə əvəz edilsin;
19.13. VI fəslin adına “KEYFİYYƏTİNİN” sözündən sonra “VƏ TƏHLÜKƏSİZLİYİNİN” sözləri əlavə edilsin;
19.14. 24.1-ci maddənin birinci cümləsində “fiziki-kimyəvi, orqanoleptik, toksikoloji və radioloji göstəricilərinə görə” sözləri “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri ilə əvəz edilsin;
19.15. 26.1-ci maddədə “Yeyinti məhsulları” sözləri “Qida təhlükəsizliyi” sözləri ilə, “qida təhlükəsizliyi qeydiyyatına alınmayan və qida təhlükəsizliyi sertifikatına” sözləri “qeydiyyata alınmayan və ya təsdiq olunmayan və yaxud idxal sağlamlıq aktına” sözləri ilə əvəz edilsin;
19.16. 27-ci maddə üzrə:
19.16.1. adına “keyfiyyətinə” sözündən sonra “və təhlükəsizliyinə” sözləri əlavə edilsin;
19.16.2. 27.1-ci maddədə “keyfiyyətinə” sözü “minimum keyfiyyət və təhlükəsizliyinə” sözləri ilə, “dövriyyəsini və” sözləri “emalını, dövriyyəsini, utilizasiyasını və minimum” sözləri ilə əvəz edilsin;
19.16.3. 27.2-ci maddədə “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə” sözləri “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri ilə əvəz edilsin.
Maddə 20. “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 10 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
20.1. 2-ci maddədə “Yeyinti məhsulları” sözləri “Qida təhlükəsizliyi” sözləri ilə əvəz edilsin;
20.2. 5.0.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“5.0.5. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq yodlaşdırılmış duzun istehsalı, emalı, dövriyyəsi və utilizasiyası şərtlərini müəyyən edən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların məcburiliyi.”;
20.3. 7.2-ci maddədə “istehsalı, daşınması, saxlanması, qablaşdırılması, etiketləşdirmə və satış” sözləri “istehsalı, emalı, dövriyyəsi və utilizasiyası” sözləri ilə əvəz edilsin;
20.4. 8-ci maddə üzrə:
20.4.1. 8.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“8.1. Azərbaycan Respublikasında yodlaşdırılmış duzun istehsalı, emalı, dövriyyəsi və utilizasiyasını həyata keçirən obyektlər (subyektlər) “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınır və ya təsdiq edilir.”;
20.4.2. 8.2-ci maddə üzrə:
20.4.2.1. birinci cümlədən “müvafiq qaydada tanınmış və ya” sözləri çıxarılsın və həmin cümlədə “qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına” sözləri “idxal sağlamlıq aktına” sözləri ilə əvəz edilsin;
20.4.2.2. ikinci cümlə çıxarılsın;
20.5. 11-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“Yodlaşdırılmış duzun istehsalı, emalı, dövriyyəsi və utilizasiyasını həyata keçirən hüquqi və fiziki şəxslər, habelə bələdiyyə, dövlət orqanları (qurumları) qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərini pozduqda, insanların sağlamlığına vurduqları zərəri normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada ödəməyə borcludurlar.”.
Maddə 21. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114 (Cild I) 49.1-ci maddəsində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin.
Maddə 22. “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 417 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
22.1. 1.0.11-ci maddədə “Yeyinti məhsulları” sözləri “Qida təhlükəsizliyi” sözləri ilə, “5-ci” sözləri “9-cu” sözləri ilə əvəz edilsin;
22.2. 2-ci maddənin mətnində “Yeyinti məhsulları” sözləri “Qida təhlükəsizliyi” sözləri ilə əvəz edilsin;
22.3. 7-ci maddə üzrə:
22.3.1. 7.1-ci maddədə “qablaşdırılması, etiketləşdirilməsi, saxlanması, daşınması və satış” sözləri “emalı, dövriyyəsi və utilizasiyası” sözləri ilə əvəz edilsin;
22.3.2. 7.3-cü maddədə “Yeyinti məhsulları” sözləri “Qida təhlükəsizliyi” sözləri ilə, “11-ci” sözləri “17-ci” sözləri ilə əvəz edilsin;
22.4. 8-ci maddə üzrə:
22.4.1. adında “istehsalı və idxalı” sözləri “qida zənciri obyektlərinə (subyektlərinə) dair tələblər” sözləri ilə əvəz edilsin;
22.4.2. 8.1-ci və 8.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“8.1. Azərbaycan Respublikasında süni qida məhsullarının istehsalını, emalını, dövriyyəsini və utilizasiyasını həyata keçirən obyektlər (subyektlər) “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınır və ya təsdiq edilir.
8.2. Azərbaycan Respublikasına idxal olunmuş süni qida məhsullarının idxal sağlamlıq aktı olmadan dövriyyəsi qadağandır.”;
22.5. 9-cu maddənin mətnində “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi” sözləri “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunu” sözləri ilə əvəz edilsin;
22.6. 10-cu maddə üzrə:
22.6.1. 10.7-ci maddə aşağıdakı redaksiyada verilsin:
“10.7. Süni qida məhsullarının qida zənciri obyektləri (subyektləri) “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alındıqda və ya təsdiq olunduqda və idxal olunan məhsullar idxal sağlamlıq aktına malik olduqda həmin məhsulların reklamına icazə verilir. Reklamda idxal olunmuş qida məhsullarının idxal sağlamlıq aktının, qida zənciri subyektlərinin (obyektlərinin) qeydiyyatına və ya təsdiqinə dair Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın nömrəsi, verilməsi tarixi və onu verən orqanın adı göstərilməlidir.”;
22.6.2. 10.10-cu maddədə “uyğunluq, mənşə, qida təhlükəsizliyi sertifikatlarının, subyektin qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən” sözləri “mənşə sertifikatının, idxal olunmuş qida məhsullarının idxal sağlamlıq aktının, qida zənciri subyektlərinin (obyektlərinin) qeydiyyatına və ya təsdiqinə dair Qida Təhlükəsizliyi Reyestrindən” sözləri ilə əvəz edilsin.
Maddə 23. “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 2, maddə 54 (Cild I) 3.0.7-ci maddəsində “diabetik ərzaq” sözləri “xüsusi təyinatlı qida” sözləri ilə əvəz edilsin.
Maddə 24. “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 513 (Cild I) 8.0.5-ci maddəsində “ərzağın” sözü “qida məhsullarının” sözləri ilə əvəz edilsin.
Maddə 25. “Çayçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 881 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
25.1. preambulada “keyfiyyətinin” sözü “minimum keyfiyyətinin və təhlükəsizliyinin” sözləri ilə əvəz edilsin;
25.2. 1-ci maddə üzrə:
25.2.1. 1.0.1-ci və 1.0.5-ci maddələrdə “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin;
25.2.2. 1.0.6-cı maddədə “Yeyinti məhsulları” sözləri “Qida təhlükəsizliyi” sözləri ilə, “5-ci” sözləri “9-cu” sözləri ilə əvəz edilsin;
25.3. 2-ci maddə üzrə:
25.3.1. 2.1-ci maddədə “Yeyinti məhsulları” sözləri “Qida təhlükəsizliyi” sözləri ilə əvəz edilsin;
25.3.2. 2.2-ci maddəyə “keyfiyyətinə” sözündən sonra “və təhlükəsizliyinə” sözləri əlavə edilsin;
25.4. 4.2-ci maddədə “habelə çay məhsullarının istehsalı və dövriyyəsi” sözləri “istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi” sözləri ilə, “hüquqi və fiziki şəxslərdir” sözləri “fiziki və ya hüquqi şəxslər, bələdiyyələr və dövlət orqanlarıdır (qurumlarıdır)” sözləri ilə əvəz edilsin;
25.5. 6.0.4-cü maddədə “dövriyyəsinə” sözü “təhlükəsizliyinə” sözü ilə əvəz edilsin;
25.6. 11.1-ci maddədə “istehsal, daşınma, saxlanma, qablaşdırılma, etiketləşdirilmə və satış” sözləri “ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası” sözləri ilə əvəz edilsin;
25.7. 13.1-ci maddədə “Yeyinti məhsulları” sözləri “Qida təhlükəsizliyi” sözləri ilə, “11-ci” sözləri “17-ci” sözləri ilə əvəz edilsin;
25.8. 18-ci maddə üzrə:
25.8.1. 18.3-cü maddənin birinci cümləsindən “müvafiq qaydada tanınmış və ya” sözləri çıxarılsın, həmin cümlədə “qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına” sözləri “idxal sağlamlıq aktına” sözləri ilə əvəz edilsin və həmin maddənin ikinci cümləsi çıxarılsın;
25.8.2. 18.4-cü maddədə “Çay” sözü “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə, çay” sözləri ilə əvəz edilsin;
25.9. 19.2-ci maddədə “Yeyinti məhsulları” sözləri “Qida təhlükəsizliyi” sözləri ilə əvəz edilsin;
25.10. V fəslin adında “KEYFİYYƏTİNİN” sözü “MİNİMUM KEYFİYYƏTİNİN VƏ TƏHLÜKƏSİZLİYİNİN” sözləri ilə əvəz edilsin;
25.11. 21-ci maddə üzrə:
25.11.1. 21.1-ci maddənin birinci cümləsində “fiziki-kimyəvi, orqanoleptik, toksikoloji, mikrobioloji və radioloji göstəricilərinə görə” sözləri “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri ilə əvəz edilsin;
25.11.2. 21.2-ci maddədə “qüvvədə olan standartlarla və gigiyenik normativlərlə” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla” sözləri ilə əvəz edilsin;
25.11.3. 21.3-cü maddə ləğv edilsin;
25.12. 22-ci maddə üzrə:
25.12.1. adında “və minimum keyfiyyətinə” sözləri “, minimum keyfiyyətinə və təhlükəsizliyinə” sözləri ilə əvəz edilsin;
25.12.2. 22.1-ci maddədə “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istehsalçıları və ya idxalçıları qida təhlükəsizliyi qeydiyyatına alınmayan və qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına” sözləri “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qida zənciri obyektləri (subyektləri) qeydiyyata alınmayan və ya təsdiq olunmayan və idxal sağlamlıq aktına” sözləri ilə əvəz edilsin;
25.12.3. 22.2-ci maddəyə “keyfiyyətinin” sözündən sonra “və təhlükəsizliyinin” sözləri əlavə edilsin.
Maddə 26. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 974 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
26.1. 1.0.1-ci maddədə “ərzaq, qeyri-ərzaq malları” sözləri “qida, qeyri-qida məhsulları” sözləri ilə əvəz edilsin;
26.2. 3.1.1-ci maddədə “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;
26.3. 3.1.2-ci maddədə “qeyri-ərzaq mallarının” sözləri “qeyri-qida məhsullarının” sözləri ilə əvəz edilsin;
26.4. 4.2-ci maddədə “ərzaq” sözü “qida” sözü ilə, “qeyri-ərzaq malları” sözləri “qeyri-qida məhsulları” sözləri ilə əvəz edilsin.
Maddə 27. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 683 (Cild I) 4.3.16-cı maddəsində “ərzaq və qeyri-ərzaq malları” sözləri “qida və qeyri-qida məhsulları” sözləri ilə əvəz edilsin.
Maddə 28. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 695 (Cild I) 1.0.13-cü maddəsində “ərzaq məhsullarına, içkilərə və ya qidaya” sözləri “qida məhsullarına” sözləri ilə əvəz edilsin.
Maddə 29. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 655 (Cild I) 28.1.7-ci maddəsində “pəhriz və” sözləri “diyetik və tibbi məqsədlər üçün hazırlanan qida məhsullarının, habelə” sözləri ilə əvəz edilsin.
Maddə 30. “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 8, maddə 700 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
30.1. 1-ci maddə üzrə:
30.1.1. 1.1.4-cü və 1.1.6-cı maddələrdə “Yeyinti məhsulları” sözləri “Qida təhlükəsizliyi” sözləri ilə, “5-ci” sözləri “9-cu” sözləri ilə əvəz edilsin;
30.1.2. 1.1.9-cu maddə aşağıdakı redaksiyada verilsin:
“1.1.9. genetik modifikasiya olunmuş orqanizmlər – müasir biotexnoloji və ya gen mühəndisliyi üsulları ilə yaradılan, ənənəvi seleksiyada alınması mümkün olmayan, genetik materialın yeni kombinasiyasına malik və bu kombinasiyanı irsən nəslə ötürmək qabiliyyətinə qadir olan canlı orqanizmlər (bitki, heyvan və mikroorqanizmlər).”;
30.2. 2.1-ci maddədə “Yeyinti məhsulları” sözləri “Qida təhlükəsizliyi” sözləri ilə əvəz edilsin;
30.3. 5.0.1-ci maddədə “istehsalı, emalı, qablaşdırılması, markalanması, sertifikatlaşdırılması, saxlanması və satışını” sözləri “ilkin istehsalı, istehsalı, emalı, sertifikatlaşdırılması, dövriyyəsini, utilizasiyasını” sözləri ilə əvəz edilsin;
30.4. 5.0.14-1-ci maddədə “Yeyinti məhsulları” sözləri “Qida təhlükəsizliyi” sözləri ilə, “5-ci” sözləri “9-cu” sözləri ilə əvəz edilsin;
30.5. 6.0.2-ci maddədə “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin;
30.6. 8.1.1-ci maddədə “istehsalı və ilkin” sözləri “ilkin istehsalı, istehsalı və” sözləri ilə əvəz edilsin;
30.7. 11.1-ci maddədə “subyekti qida təhlükəsizliyi qeydiyyatına alınır” sözləri “obyekti (subyekti) “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınır və ya təsdiq edilir” sözləri ilə əvəz edilsin;
30.8. 11.3-cü maddə ləğv edilsin;
30.9. 12.2.2-ci maddədə “, saxlanması, daşınması, idxalı, ixracı və satışı” sözləri “və dövriyyəsi” sözləri ilə əvəz edilsin;
30.10. 15.3-cü maddədə “Qida təhlükəsizliyi qeydiyyatına alınmış subyektlər tərəfindən istehsal olunmuş və ya məhsullarına qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı” sözləri “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınmış və ya təsdiq edilmiş qida zənciri obyekti (subyekti) tərəfindən istehsal olunmuş və ya idxal olunmuş məhsullarına idxal sağlamlıq aktı” sözləri ilə əvəz edilsin;
30.11. 16.7-ci maddənin birinci abzasının ikinci cümləsində “Etiketin” sözü “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 17.2.1-ci maddəsi ilə müəyyən edilmiş məlumatlarla yanaşı, etiketin” sözləri ilə əvəz edilsin;
30.12. 17.4-cü maddədə “saxlanması” sözü “yararlılıq” sözü ilə, “keyfiyyətinə” sözü “minimum keyfiyyətinə və təhlükəsizliyinə” sözləri ilə əvəz edilsin;
30.13. 18-ci maddə üzrə:
30.13.1. 18.2-ci maddədə “qida təhlükəsizliyi qeydiyyatına alınmış və ya məhsullarına qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı almış sahibkarlıq subyektləri” sözləri “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınmış və ya təsdiq edilmiş qida zənciri obyektləri (subyektləri)” sözləri ilə əvəz edilsin;
30.13.2. 18.3.1-ci maddədə “keyfiyyəti” sözü “minimum keyfiyyəti və təhlükəsizliyi” sözləri ilə əvəz edilsin;
30.13.3. 18.3.4-cü maddədə “uyğunluq, qida təhlükəsizliyi” sözləri “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş sənədləri” sözləri ilə əvəz edilsin;
30.13.4. 18.3-1-ci maddə ləğv edilsin;
30.14. 23-cü maddənin mətnində “istehsalı, emalı, markalanması, saxlanması, daşınması və satışı” sözləri “ilkin istehsalı, istehsalı, emalı, markalanması, dövriyyəsi və utilizasiyası” sözləri ilə əvəz edilsin.
Maddə 31. “Arıçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 208 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
31.1. 1.0.13-cü maddədə “Yeyinti məhsulları” sözləri “Qida təhlükəsizliyi” sözləri ilə, “5-ci” sözləri “9-cu” sözləri ilə əvəz edilsin;
31.2. 2-ci maddənin mətnində “Yeyinti məhsulları” sözləri “Qida təhlükəsizliyi” sözləri ilə əvəz edilsin;
31.3. 5.0.2-сi maddədə “qida təhlükəsizliyi qeydiyyatına almaq, arıçılıqla məşğul olan təsərrüfatlarda istehsal olunan məhsullara dair gigiyena normativlərini təsdiq etmək” sözləri “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsdiq etmək və ya qeydiyyata almaq” sözləri ilə əvəz edilsin;
31.4. 6-cı maddə üzrə:
31.4.1. 6.1-ci maddəyə “keyfiyyəti” sözündən sonra “və təhlükəsizliyi” sözləri əlavə edilsin;
31.4.2. 6.2-ci maddədə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;
31.4.3. 6.5-ci maddə ləğv edilsin;
31.5. 18.2-ci maddə üzrə:
31.5.1. birinci cümlədən “qanunvericiliyə uyğun olaraq tanınmış və ya” sözləri çıxarılsın və həmin cümlədə “qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına” sözləri “idxal sağlamlıq aktına” sözləri ilə əvəz edilsin;
31.5.2. ikinci cümlə çıxarılsın;
31.6. 19.2-ci maddədə “etiketləşdirilməsi “Yeyinti məhsulları” sözləri “etiketlənməsi “Qida təhlükəsizliyi” sözləri ilə, “11-ci” sözləri “17-ci” sözləri ilə əvəz edilsin;
31.7. 20.7-ci maddə aşağıdakı redaksiyada verilsin:
“20.7. Azərbaycan Respublikasında istehsal olunan arıçılıq məhsullarının qida zənciri obyektləri (subyektləri) “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsdiq edilmiş və ya qeydiyyata alınmış olduqda, idxal olunmuş məhsullara dair idxal sağlamlıq aktı olduqda onların dövriyyəsinə yol verilir.”.
Maddə 32. “Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 573 (Cild I) 6.2-ci maddəsində “ərzaq” sözü “qida məhsulları” sözləri ilə əvəz edilsin.
Maddə 33. “Pambıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 576 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
33.1. 3-cü maddənin mətnində, 8.1-ci və 8.2-ci maddələrdə “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin;
33.2. 9.2-ci maddədə “etiketləşdirilir” sözü “etiketlənir” sözü ilə əvəz edilsin;
33.3. 11.1-ci və 21-ci maddələrin ikinci cümlələrində “Genetik” sözü “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulmuş genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsulları istisna olmaqla, genetik” sözləri ilə əvəz edilsin;
33.4. 15.4-cü maddədə “Pambıq” sözü “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulmuş genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsulları istisna olmaqla, pambıq” sözləri ilə əvəz edilsin.
Maddə 34. “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 3, maddə 191 (Cild I) 19.2.1-ci maddəsində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin.
Maddə 35. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 641 (Cild I) 12.1.5-ci, 12.2-ci, 15.1.21-ci, 15.2.4-cü maddələrində, 20-ci maddəsinin adında, 20.2-ci maddəsində və 40.4-cü maddəsinin birinci cümləsində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin.
Maddə 36. “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 78 (Cild I) 1.0.22-ci maddəsindən “ərzaq, içki və” sözləri çıxarılsın.
Maddə 37. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 778 (Cild I) 13.2-ci maddəsində “Yeyinti məhsulları” sözləri “Qida təhlükəsizliyi” sözləri ilə əvəz edilsin.
Maddə 38. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 779 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
38.1. 20.0.1-ci və 20.0.2-ci maddələrdə “ərzaq” sözü “qida məhsulları” sözləri ilə əvəz edilsin;
38.2. 20.0.6-cı maddədə “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin.
Maddə 39. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 890 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
39.1. 10.3-cü maddənin birinci abzasında “Yeyinti” sözü “Qida və yem” sözləri ilə əvəz edilsin;
39.2. 24.1.2-ci maddədə “yeyinti məhsulu və ya yemin” sözləri “qida və ya yem məhsullarının” sözləri ilə əvəz edilsin.
Maddə 40. “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 464 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
40.1. 20.4-cü maddədə “ərzağın” sözü “qida məhsullarının” sözləri ilə əvəz edilsin;
40.2. 20.5-ci maddədə “ərzaq” sözü “qida məhsulları” sözləri ilə əvəz edilsin.
Maddə 41. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 812 (Cild I) 30.6-cı maddəsində “uyğunluq, mənşə, qida təhlükəsizliyi (sağlamlıq) sertifikatının və ya onların istehsalçısının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən” sözləri “mənşə sertifikatının, idxal olunmuş qida məhsullarının idxal sağlamlıq aktının, qida zənciri subyektlərinin (obyektlərinin) qeydiyyatına və ya təsdiqinə dair Qida Təhlükəsizliyi Reyestrindən” sözləri ilə əvəz edilsin.
Maddə 42. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1109 (Cild I) 2.1-ci maddəsinə “qida” sözündən sonra “və yem” sözləri əlavə edilsin.
Maddə 43. “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1231 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
43.1. 7.1.4-cü maddədə “yemlərin” sözü “yem məhsullarının” sözləri ilə əvəz edilsin;
43.2. 11.1.9-cu maddədə “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin.
Maddə 44. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 2, maddə 88 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
44.1. 2.2.7-ci maddədə hər iki halda “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;
44.2. 9.3-cü maddədə “subyektlər “Yeyinti məhsulları” sözləri “obyektlər (subyektlər) “Qida təhlükəsizliyi” sözləri ilə, “qida təhlükəsizliyi qeydiyyatına alınmalıdırlar” sözləri “qeydiyyata alınmalı və ya təsdiq edilməlidirlər” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 mart 2024-cü il