Azər Axundovdan, Gəncə, Azərbaycan
25 aprel 2024, 18:00
Hörmətli cənab Prezident.
Hakimiyyətə gəldiyiniz ilk gündən ölkəmizi hərbi, siyasi cəhətdən inkişaf etdirməklə yanaşı, yüksək iqtisadi tərəqqiyə də nail olmusunuz. Demək olar ki, ölkəmizin hər bir bölgəsində abadlıq işləri aparılır, insanların rahatlığı üçün böyük işlər görülür.
Sizin tərəfinizdən əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində aparılan siyasətin nəticəsi olaraq Gəncə şəhərinin abadlaşdırılması sahəsində təqdirəlayiq işlər görülür. Binalar, yollar təmir edilir, su infrastrukturu yenilənir və digər layihələr həyata keçirilir. Bu istiqamətdə görülən işlər Gəncə sakinlərində razılıq yaratmışdır.
Hörmətli cənab Prezident, respublikamızın inkişafı və xalqın sosial rifah səviyyəsinin daim yaxşılaşdırılması istiqamətində gördüyünüz işlərə görə Sizə dərin təşəkkürümü bildirirəm.
Gəncəlilər hər zaman siyasi xəttinizi dəstəkləyirlər. Əldə olunan bütün uğurlara görə Sizə minnətdarıq.
Hörmətlə,
Axundov Azər.
Azərbaycan Respublikası, Gəncə şəhəri.