Vüsal Hümbətzadədən, Bakı, Azərbaycan
19 aprel 2024, 13:53
Hörmətli cənab Prezident.
Sizin apardığınız müdrik və uzaqgörən siyasət Azərbaycanda bir çox sahələrlə yanaşı, təhsilin də inkişafına səbəb olmuşdur. Təhsilimizə xüsusi diqqət ayırdığınıza görə Sizə çox təşəkkür edirəm.
Çox gözəl bilirik ki, təhsil dövlətin və millətin gələcəyidir. Ulu Öndərimiz Heydər Əliyevin vaxtilə söylədiyi bu müdrik sözlər Azərbaycan üçün sanki mayak olmuşdur. Sizin müdrik siyasətiniz nəticəsində təhsil sahəsində savadlı kadrlar yetişərək yüksək vəzifələrə təyin olunur və bu da ümumilikdə ölkəmizin inkişafına təkan verir. Bir daha Sizə təşəkkür edirəm.
Çox sağ olun, hörmətli cənab Prezident.
Hörmətlə,
Vüsal Hümbətzadə,
tələbə
Azərbaycan Respublikası, Bakı şəhəri.