Xəyal Məmmədəliyevdən, Qəbələ, Azərbaycan
17 aprel 2024, 12:23
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Sizin 2024-cü il aprelin 9-da Qəbələ rayonuna olan səfəriniz ölkəmizin hərtərəfli inkişafı konsepsiyasının tərkib hissəsidir. Yeni infrastruktur layihələrinin istifadəyə verilməsi və Sizin rəhbərliyinizlə açılışı edilən “Hacıalılı” elektrik yarımstansiyasının və Regional Təlim Mərkəzinin, Qəbələ Rayon Mərkəzi Xəstəxanasının, Təbriz Yaqubov adına Bum qəsəbə tam orta məktəbinin yeni binasının, Ağdaş-Zarağan yolunun 40-cı kilometrliyindən başlayan Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli avtomobil yolunun Qəbələ rayonunun sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcəyi, əhaliyə xidmətin daha da yüksəlməsinə şərait yaradacağı şübhəsizdir. Davamlı iqtisadi inkişaf, yüksək rifah dövlət siyasətinin əsasını təşkil edir. Özünüzün də dediyiniz kimi, Sizin siyasətinizin əsasında vətəndaş amili dayanır. İrəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi ölkədə yüksək ab-havanı təmin etməklə yanaşı, xalq-iqtidar birliyinin daha da möhkəmlənməsini şərtləndirir.
Qırx dörd günlük Vətən müharibəsində Qələbə qazandıqdan sonra Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri aparmaqla yanaşı, digər regionlarımızı da diqqətdən kənarda qoymur. Regionlarda böyük infrastruktur layihələri həyata keçirilir, yollar, sosial obyektlər tikilir. Heç bir layihə təxirə salınmır. Bütün bunlar bir daha onu göstərir ki, Sizin siyasətinizin mərkəzində vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi və onların rifah halının yaxşılaşdırılması dayanır.
Cənab Prezident, Sizə dərin minnətdarlığımı bildirir, möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Ulu Tanrı Sizi və xalqımızı qorusun!
Hörmətlə,
Məmmədəliyev Xəyal
Azərbaycan Respublikası, Qəbələ rayon, Nic qəsəbəsi.