Slovakiya Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Peter Pelleqriniyə
15 aprel 2024, 13:06
Hörmətli cənab Pelleqrini,
Slovakiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Slovakiya ilə dostluq əlaqələrimizin inkişafı bizim üçün böyük önəm kəsb edir. Hazırda Azərbaycan-Slovakiya əməkdaşlığının müxtəlif sahələrdə yeni məzmunla zənginləşdirilməsi üçün yaxşı imkanlar mövcuddur. Keçən ildən ölkəmizin Bratislavada fəaliyyətə başlamış Səfirliyinin ikitərəfli münasibətlərimizin genişləndirilməsinə töhfə verəcəyinə inanıram.
Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Slovakiya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 aprel 2024-cü il