logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Text size icon-size icon-size

06 aprel 2024, 16:05

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alır:                                        

Abşeron rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:

1. Rayonun ərazisində yeni salınmış yaşayış məntəqəsi Şəfəq adlandırılsın.

2. Şəfəq yaşayış məntəqəsinə qəsəbə statusu verilsin və həmin qəsəbə Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.

3. Şəfəq qəsəbəsi mərkəz olmaqla Şəfəq qəsəbə inzibati ərazi dairəsi yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 mart 2024-cü il

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi