Xəyal Məmmədəliyevdən, Qəbələ, Azərbaycan
03 aprel 2024, 11:14
Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan.
Sizin islahatlarınız Azərbaycan Respublikasını daha da qüdrətləndirməkdə və dirçəltməkdədir. Demokratik cəmiyyətdə vəzifənizi yerinə yetirərkən cəmiyyətimizin və dövlətimizin maraqlarının qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirməklə Siz daim xalq qarşısında özünüzü sübut etmiş dahi şəxsiyyətsiniz. Ümummilli Liderimiz Heydər Əliyevin siyasi məktəbinin layiqli davamçısı, qalib ölkənin qalib Lideri olmağınızla hər zaman fəxr edir, qürur duyuram.
Gənclərin inkişafına, gənc istedadların dəstəklənməsinə yönəlmiş təşəbbüs və proqramlarınız ölkəmizin gələcəyi üçün böyük əhəmiyyət daşıyır. Sizin bu sahədəki səyləriniz azərbaycanlı gəncləri ruhlandırır və onların potensialını reallaşdırmağa kömək edir. Azərbaycanın daha da çiçəklənməsi, xalqımızın rifahının yaxşılaşması naminə bundan sonra da qətiyyət və əzmlə çalışacağınıza əminik. Liderliyiniz bütün ölkə üçün qürur mənbəyidir.
Sizə Vətənimizə xidmətinizdə uzun və uğurlu illər, möhkəm cansağlığı, xalqımıza və dövlətimizə əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə
Məmmədəliyev Xəyal İlham oğlu.
Azərbaycan Respublikası, Qəbələ rayonu, Nic qəsəbəsi.