Orxan Nəbiyev, Mingəçevir, Azərbaycan
01 aprel 2024, 17:25
Cənab Prezident,
Öncə, bir vətəndaş olaraq, Sizə ünvanladığım müraciətlərə diqqətlə yanaşıldığı üçün, həmçinin şəhid ailələrinə, o cümlədən şəhid övladlarına gösdərdiyiniz diqqət və qayğı üçün Sizə dərin minnətdarlığımı bildirirəm.
Bu illər ərzində Sizdən atalıq qayğısı görmüşəm. Ümumilikdə, şəhid ailələrinə bəslənən bu münasibət bizim üçün böyük təsəllidir və qürurvericidir. Vətən yolunda hünər göstərmiş insanlara ehtiram göstərilməsi, onların ruhunun əziz tutulması imandan və vətənpərvərlikdən qaynaqlanır.
Uca Allah Sizi dövlətimizin, millətimizin başından əskik etməsin. Amin!
Cənab Prezident, bir əmrinizlə ölümə gedəcək qədər Sizə dərin ehtiram bəsləyirəm.
Allah Sizi qorusun
Hörmətlə,
Nəbiyev Orxan Şamil oğlu,
şəhid övladı
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.