İmran Qasımovdan, Gəncə, Azərbaycan
16 mart 2024, 10:00
Hörmətli cənab Prezident,
İlk öncə Sizi salamlayır və Azərbaycanımızın daha da qüdrətli dövlət olaraq inkişafı naminə apardığınız möhtəşəm, zəfər dolu işlərinizdə yeni-yeni uğurlar diləyirəm.
2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız inamlı qələbə bütün azərbaycanlılar kimi məni də qəlbən sevindirdi.
Siz 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri ilə nəinki ulularımızın ruhlarına rahatlıq gətirdiniz, eyni zamanda biz yaşlı nəslin nümayəndələrini də nisgilli ağrı-acılardan xilas etdiniz.
Sizin “Xankəndidə seçki qutusuna atılan səsvermə bülleteni isə erməni separatçılarının tabutuna vurulan sonuncu mismar oldu” kəlamınız Azərbaycan tarixinə qızıl hərflərlə yazılan müqəddəs kəlam oldu.
Cənab Prezident, Azərbaycanın Zəfər tarixini yazmaq Sizə nəsib oldu. Tanrı Sizi qorusun!
Yaşasın Azərbaycan! Yaşasın İlham Heydər oğlu Əliyev!
Dərin hörmət və ehtiramla,
Qasımov İmran Qasım oğlu, kimya üzrə fəlsəfə doktoru, dosent, 1-ci Qarabağ müharibəsi veteranı.
Azərbaycan Respublikası, Gəncə şəhəri.