Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında 2012-ci il iyunun 12-də Pekin şəhərində imzalanmış sənədlərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
02 noyabr 2012, 19:05
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında 2012-ci il iyunun 12-də Pekin şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:
1.1. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Çin Xalq Respublikasının Kommersiya Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum;
1.2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Çin Xalq Respublikasının (ÇXR) Sincan-Uyğur Muxtar Rayonu (SUMR) Hökuməti arasında Azərbaycan-Çin ticarət-iqtisadi əməkdaşlığı üzrə Hökumətlərarası Komissiya çərçivəsində Azərbaycan Respublikası və SUMR arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun yaradılması haqqında Protokol.
2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən sənədlərin müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətini xəbərdar etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 noyabr 2012-ci il.