Əyyub Ələkbərovdan, Bakı, Azərbaycan
Text size
14 mart 2024, 12:10
Hörmətli cənab Prezidentimiz!
Bu il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində Azərbaycan xalqı tərəfindən yekdilliklə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, dövlətimizin daha da möhkəmlənməsi, çiçəklənməsi naminə yeni-yeni uğurlar diləyirəm.
Bir vətəndaş və vəkil kimi söz verirəm ki, mən də öhdəmə düşən vəzifələri xalqımız, dövlətimiz qarşısında sədaqətlə, vicdanla yerinə yetirəcəyəm.
Böyük hörmət və ehtiramla,
Ələkbərov Əyyub Əsgər oğlu,
vəkil
Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi.