Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında 2012-ci il sentyabrın 11-də Qəbələ şəhərində imzalanmış sənədlərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
02 noyabr 2012, 18:10
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında 2012-ci il sentyabrın 11-də Qəbələ şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:
1.1. Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və metrologiya sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu;
1.2. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Türkiyə Respublikası Xarici İşlər Nazirliyi arasında diplomatların mübadiləsi haqqında Anlaşma Memorandumu;
1.3. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyi arasında beynəlxalq kombinə edilmiş yük daşımalarının inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu;
1.4. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və Türkiyə Radio Televiziya Qurumu arasında Əməkdaşlıq Protokolu.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1.1-1.4-cü bəndlərində göstərilən sənədlərin müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətini xəbərdar etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 noyabr 2012-ci il.