Mürsəl Kərəmovdan, Saatlı, Azərbaycan
11 mart 2024, 18:03
Hörmətli cənab Prezident!
Bu gün Azərbaycan xalqı öz tarixinin ən şərəfli və qürurverici dövrünü yaşayır. Biz qalib xalqın nümayəndələri, qalib dövlətin vətəndaşlarıyıq.
44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfər və 1 günlük lokal antiterror tədbirlərinin uğurlu nəticəsi 30 ildən artıq müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimizin qapılarını Böyük Qayıdışa açmışdır.
Bu tarixi hadisələrin əhəmiyyəti milli inkişafımızın yeni bir mərhələsinin başlanması ilə əlamətdardır.
Yüksək səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə Sizi təbrik edir, fəaliyyətinizin yeni dönəmində böyük uğurlar arzulayıram.
Hörmətlə,
Kərəmov Mürsəl
Azərbaycan Respublikası, Saatlı rayonu, Dəllər kəndi