Şamxal Əhmədovdan, Salyan, Azərbaycan
11 mart 2024, 14:20
Hörmətli cənab Prezident,
Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi Salyan rayon mədəniyyət işçiləri adından səmimi-qəlbdən təbrik edir, ölkəmizin tərəqqisi və inkişafı naminə fəaliyyətinizdə böyük uğurlar arzulayırıq.
Bütün demokratik dəyər və prinsiplərə uyğun şəkildə və əsl zəfər bayramı ovqatında keçirilən seçkilər Azərbaycan vətəndaşlarının Sizə olan hədsiz ehtiramının və inamının bariz təntənəsinə çevrildi.
Azərbaycanın bütün ərazisində baş tutan seçkilər bir daha göstərdi ki, ölkəmiz indi daha güclü və yenilməzdir.
Möhtərəm cənab Prezident,
Sizi bir daha böyük və misilsiz qələbə münasibətilə ürəkdən təbrik edir, gələcək fəaliyyətinizdə Azərbaycanın işıqlı gələcəyi naminə gördüyünüz bütün işlərdə uğurlar arzulayırıq.
Hörmətlə,
Əhmədov Şamxal
Azərbaycan Respublikası, Salyan rayonu