Yusif Qədimbəylidən, Bakı, Azərbaycan
07 mart 2024, 09:14
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan,
Sizi fevralın 7-də keçirilmiş prezident seçkilərində möhtəşəm qələbəniz münasibətilə səmimi-qəlbdən təbrik edirik. Azərbaycan xalqının Sizə olan sarsılmaz inamı, etimadı bu seçkilərdə bir daha öz təsdiqini tapdı. 44 günlük Vətən müharibəsində olduğu kimi, bu seçkilərdə də xalqımız Sizin ətrafınızda yumruq kimi birləşdi.
Sizin Azərbaycana rəhbərlik etdiyiniz ötən iyirmi il ölkəmizin tarixinə yüksəliş dövrü kimi daxil olub. Uğurlarla, qələbələrlə dolu bu illər ərzində respublikamız misli görünməmiş dərəcədə inkişaf edib, beynəlxalq aləmdə nüfuzunu artırıb, mövqeyini möhkəmləndirib, vətəndaşlarımızın rifahı yüksəlib. Siz xalqa verdiyiniz hər bir vədi yüksək səviyyədə yerinə yetirmisiniz. Ona görə də bu qələbə Sizin son iyirmi ildə gördüyünüz işlərə, qazandığınız uğurlara verilən dəyərdir. Sizin Vətənə və xalqa olan məhəbbətiniz hamımız üçün nümunədir.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə böyük uğurlar arzulayırıq.
Dərin hörmət və ehtiramla,
“Sədərək” firmasının kollektivi adından
Yusif Qədimbəyli
Azərbaycan Respublikası, Bakı şəhəri