Fərahim Qarayevdən, Şəki, Azərbaycan
Text size
07 mart 2024, 10:33
Hörmətli cənab Prezident,
Xalqımız Sizin uğurlu daxili və xarici siyasətinizi çox bəyənir və hər zaman dəstəkləyir. Dünya arenasında dövlətimizi layiqincə təmsil edir, Azərbaycanın nüfuzunu daha da artırırsınız. 30 il işğal altında olmuş torpaqlarımız Sizin – Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən azad olundu.
Sizi prezident seçkilərində qazandığınız parlaq qələbəniz münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür, cansağlığı arzu edirəm.
Uğurlarınız bol olsun, cənab Prezident.
Hörmətlə,
Fərahim Qarayev
Azərbaycan Respublikası, Şəki rayonu, Qoxmuq kəndi.