logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Nizami Əhmədovdan, Şəmkir, Azərbaycan

Text size icon-size icon-size

07 mart 2024, 09:28

Hörmətli cənab Prezident!

Müzəffər Ali Baş Komandan!

Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə Sizi təbrik edir, ən xoş arzularımı bildirməkdən məmnunluq duyuram. Sizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik arzu edirəm. Səsvermə günü Azərbaycan xalqı yenidən Sizin ətrafınızda sıx birləşdi, gördüyünüz işləri yüksək qiymətləndirərək tərəqqiyə, təhlükəsizliyə və gələcək inkişafımıza səs verdi.

Ölkəmiz Sizin rəhbərliyiniz altında uğurla inkişaf edir. Əminəm ki, indiki Prezidentlik dövrünüz də əvvəlki dövrlər kimi tariximizə qürurverici dönəmlərdən biri kimi yazılacaq, müdrik siyasətiniz xalqımızın və dövlətimizin gücünü daha da artıracaqdır. Bu yolda xalqımız Sizi daim dəstəkləyir.

Uğurlarınız bol olsun!

Hörmətlə,

Nizami Cabbar oğlu Əhmədov

Azərbaycan Respublikası, Şəmkir şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi