logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Emnağa Qənbərovdan, Salyan, Azərbaycan

Text size icon-size icon-size

07 mart 2024, 13:46

Dünyada sülh uğrunda yorulmaz mübarizə aparan cənab Prezident,

Azərbaycan adına gördüyünüz işlərlər, xalqımıza göstərdiyiniz qayğıyla Siz Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olduğunuzu göstərirsiniz.

Müstəqillik dönəmində, ilk dəfə, suveren Azərbaycanın bütün ərazilərində keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq.

Torpaqlarımızın yağı düşmənin işğalından azad edilməsi və beynəlxalq aləmdə dövlətimizin nüfuzunun gündən-günə artması bizi qürurlandırır. Biz inanırıq ki, Sizin liderliyinizlə ölkəmizin inkişafı bundan sonra da davam edəcəkdir.

Hörmətlə,

Emnağa Qənbərov

Azərbaycan Respublikası, Salyan rayonu, Şikarlı kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi