Nuranə Abdullayevadan, Sumqayıt, Azərbaycan
Text size


06 mart 2024, 14:21
Müzəffər Ali Baş Komandan,
Şəhid övladları adından Sizi prezident seçkilərində qalib gəldiyiniz üçün səmimi qəlbdən təbrik edirəm.
Şəhid övladlarını hər zaman diqqətdə saxlayıb, onlardan öz qayğınızı əsirgəmədiyiniz üçün hər birimiz Sizə qəlbən minnətdarıq. Ümumilikdə şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların Prezident təqaüdü ilə təmin olunması, şəhid övladlarının təhsil haqqından azad edilməsi çox təqdirəlayiq işlərdir.
Siz əvəzolunmaz Liderimizsiniz!
Hörmətlə,
Nuranə Abdullayeva
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.