logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rəşad Nəbiyevdən, Şəki, Azərbaycan

Text size icon-size icon-size

06 mart 2024, 13:57

Hörmətli cənab Prezident,

Azərbaycan Respublikasının bütün ərazisində keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Sizi Şəki Dövlət Peşə Təhsil Mərkəzi adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Sizin qələbəniz xalqın iradəsinin və həmrəyliyinin təntənəsidir. Sizi yenidən Prezident görmək xalqımızın arzusu idi və bu arzusunu xalq özü reallaşdırdı. Siz milyonlarla qəlbləri sevindirmisiniz, könülləri xoş etmisiniz. Ona görə də Sizə nə qədər xoş sözlər yazsaq, nə qədər xoş arzularımızı bildirsək hesab edirəm ki, yenə də azdır.

Qəlbiniz daim sevinsin, könlünüz xoş olsun!

Hörmətlə,

Rəşad Nəbiyev

Azərbaycan Respublikası, Şəki şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi