logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Asif Məmmədovdan, Daşkəsən, Azərbaycan

Text size icon-size icon-size

06 mart 2024, 13:46

Möhtərəm cənab Prezident,

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə ürəkdən təbrik edirəm. Suveren hüquqlarını tam təmin etmiş Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq bütün ərazilərində keçirilən növbədənkənar prezident seçkilərində böyük səs çoxluğu ilə qələbə qazanmağınız hər birimizi sevindirdi.

Müzəffər Ali Baş Komandan, Sizin rəhbərliyiniz dövründə ölkəmiz sosial-iqtisadi inkişafa, xalqın rifahının yüksəldilməsinə nail olmuşdur. İnanırıq ki, siyasi kursunuzla irəliləyən Azərbaycan qüdrətli və inkişaf edən dövlət quruculuğunda yeni zirvələr fəth edəcəkdir.

Allah Sizi və ailənizi qorusun!

Əli İsmayılov adına Quşçu kənd tam orta məktəbin kollektivi adından hörmətlə,

Asif Məmmədov

Azərbaycan Respublikası, Daşkəsən rayonu, Quşçu kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi