Cahanşah Quliyev və Hənifə Poladovadan, Sabirabad, Azərbaycan


06 mart 2024, 13:34
Möhtərəm cənab Prezident!
Sizi növbədənkənar seçkilərdə yenidən Prezident seçilməyiniz münasibətilə ürəkdən təbrik edirik. Əminik ki, müstəqil Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə uğurlarını davam etdirəcək, daim zirvələrdə olacaqdır
Bu qələbə ötən illər ərzində həyata keçirdiyiniz uğurlu siyasətə xalq tərəfindən verilən qiymətdir. Azərbaycan Respublikasının öz torpaqlarını işğaldan azad etməsi və beynəlxalq arenada öz mövqeyini möhkəmləndirməsi bu uğurlu siyasətin ayrılmaz bir hissəsidir.
Cənab Prezident, Sizə yeni uğurlar, zəfərlər və səmərəli fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq.
Hörmətlə,
Cahanşah Quliyev,
Hənifə Poladova
Azərbaycan Respublikası, Sabirabad şəhəri.