logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Fəridə Ağayevadan, Şirvan, Azərbaycan

Text size icon-size icon-size

06 mart 2024, 12:05

Möhtərəm cənab Prezident!

Növbədənkənar prezident seçkilərində əldə etdiyiniz qələbə münasibətilə ən səmimi və ürəkdən gələn təbriklərimi qəbul etməyinizi rica edirəm.

Sizin Vətənimiz üçün əvəzsiz xidmətlərinizi biz şirvanlılar çox yüksək qiymətləndiririk. İllərlə bizi üzən, qəlbimiz göynədən Qarabağ məsələsi də Müzəffər Ali Baş Komandanımızın və Ordumuzun sayəsində həll olundu, düşməni lərzəyə salan “dəmir yumruq” öz sözünü dedi.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, tükənməz enerji, ölkəmizin tərəqqisi naminə gördüyünüz bütün işlərdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Fəridə Ağayeva

Azərbaycan Respublikası, Şirvan şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi