Cümşüd Kərəmovdan, Lənkəran, Azərbaycan
06 mart 2024, 10:26
Möhtərəm Prezidentimiz,
Növbədənkənar prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Sizi və ailənizi təbrik edirəm.
Ölkəmizdə hər kəsin şahidi olduğu tərəqqinin, həyatın bütün sahələrində müşahidə edilən uğurların təməlində milliyyətindən, dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının Prezidentinin – Sizin məqsədyönlü fəaliyyətini\ dayanır. Sizin güclü iradəniz sayəsində ölkəmizin ərazi bütövlüyünün tam bərpası və tarixi ədalətin bərqərar olunması reallığa çevrilən möcüzədir.
İnanırıq ki, Sizin siyasi kursunuzla irəliləyən Azərbaycanımız daha qüdrətli və inkişaf edən dövlət quruculuğunda yeni zirvələr fəth edəcək. Prezident seçkilərində möhtəşəm zəfəriniz münasibətilə bir daha Sizi səmimi-qəlbdən təbrik edir, ən gözəl arzularımı bildirirəm.
Hörmətlə,
Cümşüd Kərəmov
Azərbaycan Respublikası, Lənkəran rayonu, Kərgəlan kəndi.