Elbrus Bayramovdan, Daşkəsən, Azərbaycan
06 mart 2024, 09:42
Hörmətli cənab Prezident,
Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız çox böyük qələbə münasibətilə Sizi Daşkəsən rayonunun Qaraqollar, Qaratağlar, Alaxançallı kəndlərinin sakinləri adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq öz Vətəni ilə qürur duyur, fəxr edir. Qalib xalqın nümayəndəsi olmaq çox gözəl hissdir. Bizi Zəfərə aparan yol Sizin strateji düşüncələrinizin, müdrik qərarlarınızın, praqmatik siyasətinizin məhsuludur.
Xalqımızla birlikdə daim zəfər yolunda mətin addımlarla irəliləyəsiniz!
Hörmətlə,
Elbrus Bayramov
Azərbaycan Respublikası, Daşkəsən rayonu.