Mais Məmmədovdan, Novosibirsk, Rusiya
06 mart 2024, 09:31
Hörmətli cənab Prezident!
Azərbaycan Respublikasının Prezidenti seçkilərində möhtəşəm qələbəniz münasibətilə mənim və “Rusiya-Azərbaycan Evi” Regional İctimai Təşkilatının bütün üzvlərinin səmimi təbriklərini qəbul edin. Yeni müddətə seçilməyiniz bir daha xalqın dövlət başçısı və Ali Baş Komandan kimi Sizə böyük etimadını göstərdi.
Vətəndən uzaqda yaşayan azərbaycanlılar Sizinlə fəxr edirlər. Əminəm ki, Siz gələcəkdə də bütün səylərinizi və istedadınızı ölkəmizin rifahı naminə sərf edəcək, Sizə məxsus əsl vətənpərvərlik, dərin məsuliyyət hisslərini daim rəhbər tutacaqsınız.
Son seçkilərdə qazandığınız inamlı qələbə səmərəli fəaliyyətinizin və çoxmillətli Azərbaycan seçicilərinin Sizə hərtərəfli dəstəyinin nəticəsidir.
Sizə və yaxınlarınıza möhkəm cansağlığı, rifah, həyatda və işinizdə uğurlar, rəhbərlik etdiyiniz respublikamızda iqtisadiyyatın və mədəniyyətin inkişafında, siyasi sabitliyin qorunmasında, əmin-amanlıq və firavanlıqda yeni nailiyyətlər arzulayıram.
Hörmətlə,
Məmmədov Mais,
“Rus–Azərbaycan Evi” Regional İctimai Təşkilatının sədri, Novosibirsk vilayətinin Qanunverici Məclisinin sədr müavini
Rusiya Federasiyası, Novosibirsk vilayəti.