Nizami Zalovdan, Abşeron, Azərbaycan
05 mart 2024, 17:34
Hörmətli Prezident!
Siz respublikamıza rəhbərlik etdiyiniz ilk gündən Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirmiş, vətənimizin ərazl bütövlüyünün və suverenliyinin təmin olunması, dayanıqlı inkişafının stabilləşdirilməsi, ordumuzun gücləndirilməsi, vətəndaşların rifahının və dövlətimizin dünya dövlətləri arasında nüfuzunun artırılması, doğma Azərbaycanımızın ümumi tərəqqisinin əldə olunması istiqamətində yorulmadan çalışmısınız. Elə bütün bunlara görədir ki, Azərbaycan xalqı fevral ayının 7-də keçirilən növbədənkənar prezident seçkilərində növbəti dəfə Sizə səs verdi.
Biz əminik ki, Sizin rəhbərliyiniz altında müstəqilliyimiz daha da möhkəmləndiriləcək, milli maraqlarımız beynəlxalq müstəvidə ən yüksək səviyyədə qorunacaqdır. Sizi prezident seçkilərində inamlı qələbə qazanmağınız münasibəti ilə təbrik edir, gələcək fəaliyyətinizdə bol-bol uğurlar arzulayıram.
Allah Sizi və xalqımızı qorusun.
Hörmətlə,
Zalov Nizami Qurban oğlu
Abşeron rayon Ağsaqqallar Şurasının sədri, Vətən müharibəsi şəhidinin atası
Azərbaycan Respublikası, Abşeron rayonu, Saray qəsəbəsi.