Ülviyyə Muhumayevadan, Zaqatala, Azərbaycan
05 mart 2024, 17:22
Hörmətli cənab Prezident,
Növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanmağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Yenidən Prezident seçilməyiniz xalqın Sizin siyasi xəttinizi dəstəklədiyini göstərir.
Siz Azərbaycanın inkişafı yolunda böyük uğurlar əldə etmisiniz və bunların davamlı olacağına inamımız tamdır. Sizin siyasətiniz dövlətimizin müstəqilliyinin möhkəmlənməsinin, xalqımızın firavanlığının artmasının təminatıdır.
Möhtərəm cənab Prezident, Sizə cansağlığı, uzun ömür, çətin və şərəfli xidmətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram. Uğurlarınız bol olsun!
Hörmətlə,
Ülviyyə Ramazan qızı Muhumayeva
Azərbaycan Respublikası, Zaqatala rayonu, Yuxarı Tala kəndi.