H.R.Quliyevə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Text size
31 oktyabr 2012, 18:40
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Hüseyn Rzaqulu oğlu Quliyevə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 oktyabr 2012-ci il.