Leyla Quliyevadan, Gəncə, Azərbaycan
05 mart 2024, 16:05
Hörmətii cənab Prezident,
Sizin uğurlu gənclər siyasətiniz, yorulmaz və gərgin əməyiniz sayəsində qısa müddət ərzində Azərbaycan idmanı ayağa qaldırılmış, dünya şöhrəti qazanmışdır. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı parlaq uğurlar Sizin başçılıq etdiyiniz idman hərəkatının, hər şeydən əvvəl, böyük siyasi qələbəsidir.
Siz uzaqgörən dövlət xadimi və siyasətçi kimi sağlam gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridirsiniz. . Sizin təşəbbüsünüzlə təkcə paytaxt Bakıda deyil, eyni zamanda regionlarda da olimpiya idmanı-sağlamlıq komplekslərinin tikilib istifadəyə verilməsi, idmanın müxtəlif sahələrinin inkişafı üçün güclü maddi-texniki baza yaradılması xalqın sağlam gələcəyinə yönəlmiş müdrik siyasətin parlaq təzahürləridir.
Cənab Prezident, Sizi Prezident seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Allah Sizi xalqımızın və dövlətimizin başının üstündən əskik etməsin, daim Sizi uca etsin!
Allah Sizi qorusun!
Hörmətlə,
Quliyeva Leyla Qurban qızı
Azərbaycan Respublikası, Gəncə şəhəri