Nəbi Balaşovdan, Şəki, Azərbaycan
05 mart 2024, 15:21
Möhtərəm cənab Prezident,
Sizi növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Şəki rayonunun Turan qəsəbə sakinləri adından səmimi-qəlbdən təbrik edir, çətin və şərəfli yolda Sizə uğurlar arzulayıram.
Seçkilərdə qazandığınız qələbə xalqın Sizə olan hədsiz inamının və etimadının təzahürüdür. Zaman göstərdi ki, xalq və iqtidar arasında qarşılıqlı inam və birlik nə qədər möhkəm olarsa, uğurlar da bir o qədər böyük olar.
Eyni zamanda, qeyd etməliyik ki, Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri öz nümunəviliyi ilə yadda qaldı. Seçkilər gününün axşamı Xalqın öz qələbəsini qeyd etməsi nəyə desəniz dəyər.
Hörmətlə,
Nəbi Balaşovdan
Azərbaycan Respublikası, Şəki şəhəri, Turan qəsəbəsi.