Mursaqulu Mustafayevdən, Quba, Azərbaycan
05 mart 2024, 15:32
Hörmətli cənab Prezident,
Sizin yenidən Prezident seçilməyiniz məni çox sevindirdi. Siz ümumxalq məhəbbəti qazanmış Lidersiniz. Gördüyünüz işlər Azərbaycana uğur gətirir, xalqımızın sevincinə səbəb olur. Sizin və qurub-yaratdığınız Müzəffər Ordumuzun sayəsində torpaqlarımız işğaldan azad edildi. İndi başımız uca, alnımız açıqdır. Qədirbilən xalqımız görülən işləri qiymətləndirir və elə buna görə də Sizi özünə yenidən Prezident seçdi.
Müzəffər Ali Baş Komandan, yenidən dövlətimizin başçısı seçilməyiniz münasibətilə Sizi və ailənizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür arzulayıram.
Hörmətlə,
Mursaqulu Mustafayevdən
Azərbaycan Respublikası, Quba rayonu, Rustov kəndi.