Gəray Alıyevdən, Oğuz, Azərbaycan
05 mart 2024, 14:59
Hörmətii cənab Prezident,
Siz beynəlxalq münasibətlər tarixi sahəsində dərin biliyə malik olan peşəkar siyasətçi kimi dünya miqyasında böyük hörmət və nüfuz qazanmışsınız.
Siz Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. Prezident İlham Əliyev ölkədə İnsan haqları və azadlıqlarının daha dolğun təmin olunmasını daim diqqət mərkəzində saxlayır.
Cənab Prezident, fevralın 7-də prezident seçkilərində parlaq qələbə qazanaraq xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildiniz. Azərbaycan xalqı qarşısındakı xidmətləriniz heç zaman unudulmayacaq.
Cənab Prezident, Sizi Prezident seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Allah Sizi xalqımızın və dövlətimizin başının üstündən əskik etməsin, daim Sizi uca etsin!
Allah Sizi qorusun!
Hörmətlə,
Alıyev Gəray Həbib oğlu
Azərbaycan Respublikası, Oğuz rayonu