logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Fuad Hüseynovdan, Saatlı, Azərbaycan

Text size icon-size icon-size

05 mart 2024, 14:37

Hörmətli cənab Prezident,

Yüksək səs çoxluğu ilə növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Son iyirmi il ərzində ölkəmiz böyük inkişaf yolu keçmiş, ən əsası da ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunmuşdur.

Cənab Prezident, bu gün ölkəmizdə əsl bayramdır. Sizin rəhbərliyinizlə əldə etdiyimiz şanlı Qələbə tariximizin parlayan ulduzuna çevrildi. Çox sağ olun! Xalqımıza sevinc, fərəh dolu günlər yaşatdığınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Ulu Tanrı Sizi qorusun!

Hörmətlə,

Hüseynov Fuad Nadir oğlu.

Azərbaycan Respublikası, Saatlı rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi