Seymur Nəsirovdan, Bakı, Azərbaycan
05 mart 2024, 14:26
Hörmətii cənab Prezident,
Sizin qətiyyətli və məqsədyönlü fəaliyyətiniz nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı.
Siz geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan kimi müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarını tarixi faktlar və dəlillərlə cavablandırmışdınız.
Bu çıxışları böyük həyəcan, sevinc və qürur hissləri ilə izləyirdik.
Mən çox xoşbəxtəm ki, yenidən Sizə Prezidentim deyə müraciət edə bilirəm. Sizi təbrik edir, Sizə və ailə üzvlərinizə cansağlığı arzulayıram. Allah Sizi ölkəmizin başının üstündən əskik etməsin.
Allah Sizi qorusun!
Hörmətlə,
Nəsirov Seymur Rasim oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri