logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Bəsti Mahmudovadan, Samux, Azərbaycan

Text size icon-size icon-size

05 mart 2024, 12:58

Hörmətli cənab Prezident,

Sizi ilk dəfə ərazi bütövlüyü tam bərpa olunmuş Azərbaycanımızda keçirilmiş növbədənkənar prezident seçkilərində qalib olduğunuz üçün təbrik edirəm.

Biz, böyük qürur hissi keçiririk. İşğaldan azad edilmiş hər bir kəndimizdə, qəsəbəmizdə, yüksəkliklərimizdə Azərbaycanın şanlı bayrağının dalğalandığını görmək bizim üçün böyük fəxarətdir. Bir vətəndaş kimi dövlətim, Prezidentim və Xalqımla qürur duyuram.

Cənab Prezident, Sizə möhkəm cansağlığı və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Yaşasın Azərbaycan!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Mahmudova Bəsti Novruz qızı.

Azərbaycan Respublikası, Samux rayonu, Qarayeri qəsəbəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi