logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Elmira Hacıyevadan, Şəki, Azərbaycan

Text size icon-size icon-size

05 mart 2024, 12:14

Hörmətli cənab Prezident,

Sizi prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə ürəkdən təbrik edirəm.

Ötən 20 il ərzində respublikamıza rəhbərliyiniz etdiyiniz dövrdə ən əlamətdar hadisə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası oldu. Sizin komandanlığınızla şanlı ordumuz tərəfindən işğal altında olan torpaqlarımız 30 ildən sonra mənfur erməni tapdağından azad olundu. Bu parlaq qələbə əsrlər boyu yaradılmış saxta erməni mifini darmadağın etdi. Əlbəttə, bu tarixi qələbəyə Sizin qətiyyətli və müdrik rəhbərliyinizlə, milli birliyimiz, dəmir yumruq kimi birləşməyimiz sayəsində nail olundu.

Fəxr edirəm ki, Sizin kimi müdrik Prezidentimiz var. Allah Sizi qorusun!

Hörmətlə,

Hacıyeva Elmira Ələkbər qızı, Şəki Tibb Kollecinin direktoru.

Azərbaycan Respublikası, Şəki şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi