logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Elxan Cabbarovdan, Daşkəsən, Azərbaycan

Text size icon-size icon-size

05 mart 2024, 11:19

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi kollektivimiz adından səmimi-qəlbdən təbrik edirik. Siz ölkəmizin bütün sahələrdə sürətli inkişafı istiqamətində böyük işlər görmüsünüz. Sağlam gənc nəslin formalaşması daim Sizin diqqətinizdədir.

Övladlarımızın milli dəyərlərə sadiq və yüksək mənəviyyatlı şəxsiyyət olaraq formalaşmalarının ölkəmizin tərəqqisi baxımından müstəsna əhəmiyyətini öz çıxışlarınızda dəfələrlə vurğuladığınız kimi, uşaqların sağlam və firavan böyüməsi, onların rifahının yüksəldilməsi üçün saysız-hesabsız işlər görürsünüz.

Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür, məsuliyyətli və şərəfli işinizdə yeni-yeni uğurlar, qələbələr arzu edirik.

Hörmətlə,

Elxan Cahangir oğlu Cabbarov, Uşaq İncəsənət Məktəbinin kollektivi adından

Azərbaycan Respublikası, Daşkəsən şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi