Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin kollektivindən, Mingəçevir, Azərbaycan


05 mart 2024, 10:47
Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirik. Respublikamızın ali dövlət vəzifəsinə Zəfər qələbəsi ilə yenidən seçilməyiniz Azərbaycan xalqının Sizə olan yüksək etimadının daha bir inamlı təsdiqidir.
Azərbaycan Respublikasının yüksəlişi ilə müşaiyət olunan sosial-iqtisadi inkişafı və dövlətimizin beynəlxalq səviyyədə nüfuzunun artması Sizin müdrik, tarazlı, strateji kursunuzun nəticəsidir. Bu səbəbdən xalqımız Zəfər seçkisində etimad etdiyi şəxsə, Vətən müharibəsi və anti-terror əməliyyatının qalibi Ali Baş Komandan, yenilməz sərkərdə İlham Əliyevə səs verdi.
Hörmətli cənab Prezident
Seçkidə qələbə münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, tükənməz güc-qüvvət, ailə səadəti, şərəfli dövləti fəaliyyətinizdə böyük uğurlar və Vətənimizə davamlı tərəqqi arzulayırıq.
Hörmətlə,
Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin kollektivi
Azərbaycan Respublikası, Mingəçevir şəhəri