Zahir Dövlətovdan, Abşeron, Azərbaycan
05 mart 2024, 09:06
Hörmətli cənab Prezident!
Müzəffər Ali Baş Komandan!
Sizin uzaqgörən siyasətiniz sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildi. Bu tarixi Qələbəni Ali Baş Komandanlığınız altında güclü Ordumuz bizə bəxş etdi. Bütün Azərbaycan xalqı vahid amal naminə Sizin ətrafınızda birləşdi. Vətən müharibəsindəki birliyimizə səsvermə günü də şahid olduq. Xalq vahid Lider naminə yenidən birləşdi, müdrik dövlət başçısını növbəti dəfə Prezident seçdi.
Siz uzaqgörən siyasətiniz və iradənizlə dövlətimiz və xalqımız üçün ən mühüm məsələni həll etdiniz – 30 illik işğala son qoydunuz. Vətənimizin ərazi bütövlüyü hər şeydən üstündür. Bu üstünlüyü bizə Siz yaşatdınız. Azərbaycanın nüfuzunu bütün dünyada daha da yüksəltdiniz. İndi şəhidlərimizin ruhu şaddır.
Möhtərəm cənab Prezident, Sizin Xankəndidə səs verdiyinizi izləmək olduqca şərəfli və qürurlu hiss idi. Bu şərəfi və qüruru biz işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağının qaldırılması zamanı da yaşadıq.
Sizi yenidən Prezident seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, çətin və şərəfli missiyanızda Sizə uğurlar arzulayıram.
Hörmətlə,
Zahir Əli oğlu Dövlətov, Vətən müharibəsi şəhidi Zaur Dövlətovun atası.
Azərbaycan Respublikası, Abşeron rayonu, Masazır qəsəbəsi.