Mehriban İmanovadan, Bakı, Azərbaycan
05 mart 2024, 09:10
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev!
2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində inamlı qələbə qazanaraq növbəti müddətə dövlət başçısı seçilməyiniz münasibətlə Sizi səmimi- qəlbdən təbrik edirəm!
Sözün əsl mənasında, builki seçkilər Azərbaycanın Zəfər seçkiləri idi. 7 fevral - növbədənkənar prezident seçkiləri ölkənin bütün ərazisində baş tutan ilk seçki kimi də tarixə qızıl hərflərlə yazıldı. İlk dəfə olaraq bu seçkilər Azərbaycanın hər bir guşəsində, o cümlədən 30 illik işğaldan azad edilmiş torpaqlarımızda keçirildi.
Ötən il Sizin birinci müddətə Azərbaycanın Prezidenti seçilməyinizin 20 ili tamam oldu. Əsrə bərabər 20 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Azərbaycanın tarixinə "Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibə xalqımızın 30 illik həsrətini sona çatdırdı, qəhrəmanlıq tarixinə çevrildi.
Həmçinin 2023-cü il sentyabrın 19-da rəşadətli Ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri hərb tariximizə daha bir parlaq səhifə kimi yazıldı, qarşıya qoyulan hədəflərə 24 saatdan da az müddətdə nail olundu Bu, eyni zamanda, möhtərəm Prezident, Sizin qətiyyətinizin, siyasi iradənizin, müdrik qərarlarınızın məntiqi nəticəsi olmaqla yanaşı, öz lideri ətrafında "dəmir yumruq" kimi birləşmiş xalqımızın gücünün və qələbə əzminin nümayişi idi.
Bu tarixi gündə həm də unudulmaz Heydər Əliyevi xatırlayıram. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə söylədiyi fikirlər bu gün artıq reallığa çevrilib: "Biz Qarabağ məsələsini həll edəcəyik. Vaxt lazımdır. Heç kim torpaqlarını Azərbaycandan ala bilməz. İşğal olunmuş torpaqlarımız mütləq geri qaytarılacaqdır".
Bu gün əlbəttə ki, Ulu Öndərin də ruhu şaddır!
Cənab Prezident, Sizin "Elm müstəqil Azərbaycanın dövlət siyasətinin prioritet sahələrindəndir" fikriniz Azərbaycanda elmin inkişafına göstərdiyiniz diqqət və qayğını bir daha sübut edir. Hər kəsə məlumdur ki, son zamanlar Azərbaycan alimlərinin beynəlxalq aləmə inteqrasiyası istiqamətində mühüm nailiyyətlər əldə olunub, gənclərin elmə diqqəti artıb, elm ölkəmizdə yüksək səviyyədə inkişaf və populyarlıq qazanıb.
Sizin müvafiq Sərəncamınızla 2024-cü ilin Azərbaycan Respublikasında "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi də ölkəmiz üçün çox əlamətdar bir hadisədir. Eyni zamanda, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi Sizin apardığınız məqsədyönlü siyasətə olan inamdan irəli gəlir, ölkəmizin beynəlxalq ələmdə nüfuzunun yüksəldiyini bir daha sübut edir.
Əminəm ki, Azərbaycan Sizin rəhbərliyinizlə bütün dövlət quruculuğu, o cümlədən elm və təhsil sahəsində yeni nailiyyətlər əldə edəcək. Qarşıdakı 7 il ərzində ölkəmiz daha sürətlə inkişaf edəcək, çiçəklənəcək. Çünki Siz Azərbaycan xalqının inam və ümid yerisiniz!
Bir daha Sizə möhkəm cansağlığı və məsuliyyətli, şərəfli fəaliyyətinizdə uğurlar arzu edirəm.
Dərin hörmətlə,
Mehriban İmanova,
Azərbaycan Elm Fondunun icraçı direktoru
Azərbaycan Respublikası, Bakı şəhəri.