Hikmət Yusifovdan, Şəki, Azərbaycan
05 mart 2024, 09:20
Möhtərəm cənab Prezident
Azərbaycan xalqı sizin ətrafınızda sıx birləşib. Xalqımız Azərbaycanın gələcək inkişafının məhz Sizin adınızla bağlı olmasına əmindir.
Xalqımız hər bir azərbaycanlının Prezidenti olan, milli maraqlara əsaslanan fəaliyyəti ilə ğlkəmizi inkişaf etdirmiş Liderə səs verməklə Sizə tam güvəndiyini göstərdi.
Xalq-iqtidar birliyi, güclü milli həmrəylik isə ölkəmizin bundan sonra da Sizin rəhbərliyinizlə uğurla inkişaf edəcəyini əminliklə söyləməyə imkan verir. Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır.
Sizi yenidən böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezident seçkilərində qalib gəlməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə məsuliyyətli və şərəfli işlərinizdə sağlam güc, uzun ömür arzulayıram.
Hörmətlə,
Yusifov Hikmət
Azərbaycan Respublikası, Şəki şəhəri