logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

04 mart 2024, 09:09

Hörmətli cənab Prezident,

Azərbaycan Respublikasının növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanmağınız münasibətilə səmimi təbriklərimi qəbul edin.

Səsvermənin nəticələri Sizin dövlətçiliyin möhkəmləndirilməsi və ölkənin sosial-iqtisadi inkişafı naminə həyata keçirdiyiniz işlərə Azərbaycan xalqının yüksək etimadını və dəstəyini göstərir.

İnanıram ki, Türkmənistan və Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlər hər iki xalqın rifahı naminə bundan sonra da inkişaf edəcək və dərinləşəcəkdir.

Fürsətdən istifadə edərək, bir daha Sizə dərin hörmət və ehtiramımı bildirirəm.

Hörmətlə,

Qurbanməmmet Elyasov,

Türkmənistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri.

Azərbaycan Respublikası, Bakı, şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi