Eldəniz Xudayarovdan, Laçın, Azərbaycan
04 mart 2024, 19:13
Möhtərəm cənab Prezident!
Zəfər seçkisində böyük səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu seçkinin nəticələri Azərbaycan xalqının Sizə sevgi və ehtiramını əks etdirir. Siz siyasi iradəniz, qətiyyətiniz, uzaqgörənliyiniz, əvəzolunmaz liderliyinizin sayəsində xalqımıza qələbə sevinci bəxş etməklə, ölkəmizin ərazi bütövlüyünü təmin etməklə ümumxalq məhəbbəti qazanmısınız.
Bu seçkilər Sizin ölkə vətəndaşları arasında böyük nüfuza sahib olduğunuzu bir daha göstərdi. Sizi səmimi-qəlbdən bir daha təbrik edir, böyük nailiyyətlər və uğurlar diləyirəm.
Hörmətlə,
Eldəniz Xudayarov,
Laçın rayon sakini
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.