Məhəbbət Qocayevadan, Bakı, Azərbaycan
Text size
04 mart 2024, 18:48
Qalib ölkənin əvəzolunmaz, hörmətli Prezidenti,
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasından sonra ölkənin bütün ərazisində keçirilən növbədənkənar prezident seçkilərində əldə etdiyiniz qələbə münasibətilə şəhid ailələri və şəxsən öz adımdan Sizi və doğmalarınızı ürəkdən təbrik edirəm.
Seçkilərdə məntəqə katibi kimi iştirak etdim, seçicilərin yüksək fəallığının və Sizə səs verdiyinin bilavasitə şahidi oldum.
Cənab Prezident, Siz bizim qürur mənbəyimizsiniz. Biz Sizinlə fəxr edirik.
Allah Sizi qorusun.
Hörmətlə,
Məhəbbət Qocayeva,
şəhid həyat yoldaşı
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.