Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Əbdüləziz Buteflikaya
Text size


31 oktyabr 2012, 19:00
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – İnqilab günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan-Əlcəzair dostluğu və əməkdaşlığının xoş ənənələrini davam etdirmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əlcəzair xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 18 oktyabr 2012-ci il.