Şəhid anasından, Zaqatala, Azərbaycan
04 mart 2024, 18:15
Cənab Prezident,
Mən, Xüsusi təyinatlı dəstə komandiri, Vətən Müharibəsi Qəhrəmanı şəhid mayor Şixamir Qaflanovun, Qarabağ müharibəsi qazisi və II qrup əlil Asif Qaflanovun, ’’İgidliyə görə” medalı ilə təltif edilmiş polis polkovnik-leytenantı Qurban Qaflanovun anası Mominət Qaflanova olaraq, Qaflanovlar ailəsi adından Sizi Prezident seçilməyiniz münasibəti ilə ürəkdən təbrik edir, Sizə uzun ömür, can sağlığı, ailə səadəti və xoşbəxlik arzu edirəm.
Cənab Prezident, biz Qaflanovlar daim Sizin diqqət və qayğınızı üzərimizdə hiss etmişik. Bizə göstərdiyiniz bu diqqət və qayğıya görə də ayrıca minnətdarıq. Fəxrlə deyə bilərəm ki, dövlətimizin ərazi bütövlüyü və suverenliyi uğrunda övladım şəhid olmuşdur.
Allahdan arzum başda Siz olmaqla, xalqımızı və dövlətimizi mənfur düşmənlərin hiylə və fitnələrindən qorumasıdır. Nə qədər ki, Siz varsınız, nə qədər ki, dövlətimizin rəhbərisiniz, yaşadığımız müddətcə hər hansı bir təhlükə yaranarsa Sizin yolunuzda canımızdan keçməyə hazırıq.
Hörmətlə,
Mominət Qaflanova,
Vətən Müharibəsi Qəhrəmanı şəhid mayor Şixamir Qaflanovun anası
Azərbaycan Respublikası, Zaqatala rayonu, Üçüncü Tala kəndi.