Aybəniz Əliyevadan, Sabirabad, Azərbaycan
02 mart 2024, 16:49
Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ailəmiz adından Sizi səmimi-qəlbdən təbrik edirəm. Seçkilərdəki inamlı qələbəniz xalq-iqtidar birliyinin təzahürüdür.
Rəhbərliyinizlə Azərbaycan böyük uğurlara imza atıb. Siz Azərbaycan xalqını dünyada tanıdan, adımızı tarixə qızıl hərflərlə yazan mərd Prezidentimizsiniz! Xalqımızın təhlükəsiz, sabitlik şəraitdə yaşaması Sizin uğurlu siyasətinizin nəticəsidir.
Möhtərəm cənab Prezident, Uca Tanrıdan Sizə uzun ömür, möhkəm cansağlığı, Azərbaycan vətəndaşının maraqlarının, rifahının daim diqqət mərkəzində olan dövlətçilik fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
Azərbaycan xalqı Sizinlə fəxr edir!
Hörmətlə,
Aybəniz Gülbaba qızı Əliyeva
Azərbaycan Respublikası, Sabirabad rayonu, Qalağayın kəndi.